“Pakistan ABŞ üçün kritik önəm kəsb edən ölkədir” –Ağ Ev yeni Baş nazirə "xeyir-dua" verdi

“ABŞ öz maraqları üçün kritik önəm kəsb edən Pakistanla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir”.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.

“Biz Pakistanla uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk, çiçəklənən və demokratik Pakistanı həmişə ABŞ-ın maraqları üçün kritik önəm kəsb edən ölkə hesab etmişik”, – deyə C.Psaki bildirib.

Onun sözlərinə görə, Vaşinqton və İslamabad arasında “yeni liderlərin hakimiyyəti dövründə də davam edəcək uzunmüddətli və güclü əlaqələr” mövcuddur.

Əvvəlki məqalə

SOCAR Ukraynaya yardım kimi verdiyi yanacağın həcmini açıqlayıb

Sonrakı məqalə

“Qızıl top”u qazanmağa ən real namizədlər kimlərdir? –