SOCAR Ukraynaya yardım kimi verdiyi yanacağın həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqələrindən təcili yardım və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin avtomobillərinə verilən yanacağın həcmi 100 tonu ötüb.

Bu barədə “SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.

“Biz indi Ukraynanın istənilən nöqtəsində fasiləsiz yardın göstərən həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə qürur duyuruq”, – şirkətin bəyanatında deyilir.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” humanizm prinsiplərini əsas tutaraq Ukraynaya təcili tibbi yardım və yanğınsöndürmə avtomobillərini pulsuz yanacaqla təmin etmək şəklində dəstək göstərir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda torpağın qiyməti bahalaşıb

Sonrakı məqalə

“Pakistan ABŞ üçün kritik önəm kəsb edən ölkədir” –