“Pandemiyadan sonra dollar üçün ən pis il 2023 oldu”- “Bloomberg”

Cari il COVID-19 pandemiyasının başlanmasından bəri dollar üçün ən pis il olub.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, 2023-cü il üçün ABŞ valyuta indeksi demək olar ki, 3 faiz azalıb ki, bu da 2020-ci ildən bəri ən kəskin eniş olub.

“Bloomberg”ə danışan bir sıra ekspertlərin fikrincə, dollar 2024-cü ildə zəif olaraq qalacaq. Bununla yanaşı, ekspertlər hesab edir ki, valyutanın özünə gəlmək imkanı olacaq. Bu, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər baş verə bilər.

Azpost.info

Əvvəlki məqalə

Yüksək texniki peşə təhsili alanların sayı açıqlanıb

Sonrakı məqalə

Pənahəli xanın sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək