Parisdə 41 yaşlı müğənni səhnədə ölüb

Haitili müğənni Mikaben Benjamin Parisdə Carimi qrupu ilə konserti zamanı çıxış etdikdən sonra vəfat edib.

Bu barədə BFM kanalı məlumat yayıb.

Müğənni ifadan sonra huşunu itirib, həkimlər ona ürək masajı etsələr də xilas edə bilməyiblər. Sənətçinin 41 yaşı var idi.

Mikabeni səhnəyə “Ou Pati” kompozisiyasını ifa etmək üçün dəvət ediblər.

Bu, qrupun dağılmasından altı il sonra kollektivin ilk çıxışı idi. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.