Parisdə insanlar küçələrə çıxdı- Fransa Avropa İttifaqından çıxsın

Parisdə Fransanın Avropa İttifaqından çıxması tərəfdarlarının mitinqi keçirilib. APA xarici KİV-ə istinadən xəbər verir ki, mitinq Fransanın Vətənpərvərlər Partiyasının çağırışı ilə təşkil olunub.

“2025-ci il Fransanın nəhayət Avropa İttifaqı və NATO-dan çıxacağı il olmalıdır”, – Vətənpərvərlər partiyasının lideri Florian Filippo nümayişdə çıxış edərkən deyib.

Aksiya zamanı mitinq iştirakçıları Avropa İttifaqının bayrağını cırıblar.

Əvvəlki məqalə

Avtobus sürücüsünə tapança ilə atəş açdı – ANBAAN VİDEO

Sonrakı məqalə

Azər Baxşaliyev vəfat edib –