Parlament seçkilərinin keçirilməsi üçün nə qədər vəsait ayrılacaq?

- RƏSMİ
23 Oktyabr 2019 - 13:49

Azərbaycanda gələn il Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.