Parlamentdə Ali təhsil haqqında qanun layihəsi necə hazırlanır? –İşçi qrup dünya standartının kor-koranə  qəbulunun əleyhinədir

“Ali təhsil haqqında” qanun layihəsi üzərində çalışırıq. Layihənin modeli artıq hazırdır”.

 Azpost.info bildirir ki, bunu Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, iyun ayında layihənin müzakirəsi ilə bağlı keçirilmiş ilk iclasda İşçi qrup yaradılıb. Ora Təhsil Nazirliyinin, eləcə də, digər qurumların   nümayəndələri,  həmçinin ali məktəbləri, həm də vətəndaş cəmiyyətini təmsil edən şəxslər daxil edilib. İşçi qrupu öz fikir və mülahizələrini müəyyənləşdirib sentybarın 15-nə qədər Elm və təhsil komitəsinə təqdim etməlidirlər.

İsa Həbibbəylinin sözlərinə görə, layihə üzərində işləyərkən dünya təcrübəsi də öyrənilib: “Bizdə bir neçə universitetdə himayəçilər qrupu  fəaliyyət göstərir. Düşünürəm ki, bizim universitetlərin də hamısında himayəçilər qrupu olmalıdır, universitet strategiyasının müəyyənləşdirilməsində bu qrupun müəyyən rolu var. Güman ki, qanunvericilikdə bu məsələ öz əksini tapacaq və universitetlərə tövsiyə olunacaq”.  

İsa Həbibbəyli dünya  təcrübəsindən söhbət edərkən deyib ki, harda ki, dünya standartları bizim xeyrimizədir, ondan faydalanmağa çalışacağıq: “Elə ölkələr var ki, onların təhsil sistemi öz ölkəsi üçün realdır, bizə uyğun deyil. Dünya standartlarının ölkəmizdə kor-koranə  formada  qəbul edilməsinin əleyhinəyəm. Ölkəmizin öz reallığı, ənənələrimiz, modellərimiz mövcuddur. Elə dünya təcrübəsi ola bilər ki, təhsilimizə zərər gətirə bilər”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə dövlət sərhəddindəki mövqelərimizi atəşə tutub

Sonrakı məqalə

ABŞ-ın Tiflisdəki yeni səfiri HDQ komandanının müşaviridir –