“PAŞA Bank” həbs olunmuş reperlə bağlı açıqlama yaydı

Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır.

Bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “PAŞA Bank” adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub olmamasına dair məlumatlara malik deyil.

“Şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik.

Bankımızın adının bu cür qeyri-dəqiq, Bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.

Kütləvi İnformasiya Vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri dəqiq məlumatların və ya şaiyələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik”, – deyə açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində –

Sonrakı məqalə

YAP Ramiz Mehdiyevin kürəkənini siyahıdan kənarda saxladı –