“PAŞA Bank”a yeni sədr təyin edilib-FOTO

“PAŞA Bank”ın İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.

Bankdan verilən məlumata görə, səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun 2022-ci il tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cavid Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Cavid Quliyev 12 aprel, 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.