“Katolikos dəvət olunmamışdı” –Paşinyan II Qareginlə bağlı insidentdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan katolikos II Qareginin ötən gün Sardarapatdakı memorial kompleksə buraxılmamasına aydınlıq gətirib.

O bildirib ki, katolikos həmin vaxt kompleksdə keçirilən tədbirə dəvət olunmadığı üçün buraxılmayıb.

“Biz onun həmin tədbirə dəvət gözlədiyindən xəbərsiz idik. Polis orada sadəcə patriarxın öz tərəfdarları ilə birlikdə təxribat xarakterli addımlarını davam etmək istədiyini aydınlaşdırmağa çalışıb” – Paşinyan deyib.

Hökumət başçısı keşiş Baqrat Qalstanyanın onunla görüşmək istəyinə də aydınlıq gətirib. Paşinyan qeyd edib ki, istənilən şəxs bunun üçün müvafiq prosedurlardan keçməlidir(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.