“Paşinyan Putindən seçki dəstəyi istəyib, əvəzinə TRİPP layihəsini təklif edib” –TOFİQ ZÜLFÜQAROV

“Paşinyanın Kremldə Putinlə “söz güləşdirməsi” inamımı bir daha möhkəmlndirdi: Paşinyan faktiki olaraq TRİPP layihəsini parlament seçkilərində namizədləyinin dəstəkləməsi müqabilində Putinlə dəyişib”. 

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov dövlət başçısı İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən bildirib.

Sabiq nazirin sözlərinə görə, nəticə etibarilə Rusiyanın təzyiqi altında olan Ermənistan hazırda Cənubi Qafqaz ölkələrinin nəqliyyat və kommunikasiya layihələrinə qoşulmaq şansını əldən verir.

“Bu o deməkdir ki, iki ölkə, iki kommunikasiya inhisarı – Qərbdən, Qara dənizdən Gürcüstan və Şərqdən, Xəzər dənizindən Azərbaycan Avrasiya yarımadasında yeganə quru və hava əlaqələri olaraq qalır”-deyə T.Zülfüqarov vurğulayıb.

Onun fikrincə, sərhədlərimizin şimalında və cənubunda qeyri-sabitlik və qarışıqlıq uzun müddət davam edəcək.
“Qara dəniz hövzəsindəki Türkiyə və Xəzər dənizi hövzəsi ölkələri Avropa ilə Çin arasında rabitəni təmin edə biləcəklərdir. Buna görə də Gürcüstana səfər çox vacibdir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.