Paşinyanın partiyası keşiş Baqrat Qalstanyanla görüş təklifini rədd edib

“Vətəndaş sazişi”  fraksiyası Baqrat Qalstanyanla görüş təklifi almayıb. Hökumətin gündəliyində belə bir məsələ də yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü, xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan bildirib. Deputat etiraz hərəkatına başçılıq edən keşiş Baqrat Qalstanyanın Paşinyanın sitefası ilə bağlı görüşün olub-olmaması ilə bağlı sualına “belə bir təklif olmayıb” cavabını verib.

“İkincisi, bu məsələni heç müzakirə belə etmək olmaz. Çünki 2021-ci il parlament seçkilərində Ermənistan Respublikasının vətəndaşları hökuməti, parlamenti, parlament də hökuməti formalaşdırıb. Hökumətin lideri var. Hakimiyyət yalnız demokratik və qanuniseçkilər yolu ilə dəyişdiriə bilər. Növbəti seçkilər 2026-cı ildə keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyandır. Hakim partiya  və fraksiya bu məsələni heç kimlə və heç bir halda müzakirə etmək fikrində deyil”, – o vurğulayıb.

Deputatın sözlərinə görə, baş nazirlə mütəmadi olaraq görüşlər keçirilir, lakin belə məsələlər müzakirə olunmur.

Onun sözlərinə görə, hərəkatın uğursuzluğunun səbəbi bu proseslərin siyasi məzmun daşımaması və vətəndaşlara alternativin təklif olunmamasıdır. “Hakimiyyət cəmiyyətə həm çətinlikləri, həm problemləri, həm də onların həlli yollarını təqdim edir”.

 

Əvvəlki məqalə

Erkən və qohum nikahlara qarşı mübarizə ilə bağlı layihənin icrasına başlanır

Sonrakı məqalə

MEDİA-nın jurnalistlər üçün ADA-da təşkil etdiyi təlim başa çatıb