Paşinyanın Rusiyaya səfəri təxirə salınıb –

Kreml rəsmi görüşdən imtina edib
30 Noyabr 2020 - 17:26

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfəri təxirə salınıb.

Azpost.info bildirir ki, bu barədə ermənilərin Mediaport saytı məlumat yayıb.

Məlumata görə, Paşinyan Kremldən yüksək səviyyədə qəbulla bağlı razılıq ala bilməyb.

“Ermənistanın Putin-Paşinyan arasında ikitərəfli görüşün təşkili ilə bağlı bütün səyləri boşa çıxıb. Baş nazirin protokol xidmətinin rəhbəri İrəvana geri çağrılıb”-deyə xəbərdə deyilir.