“Pasport Snoudenin Rusiyaya sədaqətini rəsmiləşdirdi”- Ned PRAYS

“Dövlət Departamenti Snoudenə Rusiya pasportunun verilməsindən xəbərdardır. Lakin bu xəbəri tədiq edə bilmir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Edvard Snoudenin Rusiya pasportu alması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Prays bunu “Snoudenin Rusiyaya sədaqətinin rəsmiləşdirməsi” adlandırıb: “Əlavə edə biləcəyim yeganə şey odur ki, cənab Snouden Rusiyaya sədaqətini çoxdan ifadə edib. Bu addım yalnız onu rəsmiləşdirdi”.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenin Rusiya pasportu almasını bir gün əvvəl vəkili Anatoli Kuçerena açıqlayıb. O əlavə edib ki, İT mütəxəssisinin həyat yoldaşı Lindsi Mills də Rusiya vətəndaşlığı üçün müraciət hazırlayır.

Azpost.info

Əvvəlki məqalə

Xalq artisti Aftandil İsrafilov reanimasiyaya yerləşdirilib

Sonrakı məqalə

Mədəniyyət Nazirliyinin həbs edilən şöbə müdirinin yerinə müvəqqəti təyinat olub