Mədəniyyət Nazirliyinin həbs edilən şöbə müdirinin yerinə müvəqqəti təyinat olub

Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.

Xatırladaq ki, bir müddət əvvəl DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Nazir müavini Elnur Əliyev tutduğu vəzifədən azad olunub. Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib.

Əvvəlki məqalə

“Pasport Snoudenin Rusiyaya sədaqətini rəsmiləşdirdi”

Sonrakı məqalə

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb