Patruşev Ermənistanda səfərdədir- KTMT Şuralarının iclasına qatılacaq

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanda səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Patruşev bu gün İrəvanda KTMT-nin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

İclas bu gün İrəvanda keçiriləcək KTMT sammitindən əvvəl baş tutacaq. Sammitdə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

SEPAH-ın polkovniki Suriyada öldürülüb

Sonrakı məqalə

Bakıda özünü poçtalyon kimi təqdim edən oğrular ev sahibini vurdular –