Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı təsdiq olunub.
İşlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan, o cümlədən “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi haqqında”, “ Kinematoqrafiya haqqında”, Yazılı abidələr haqqında”, “Daxili qoşunlar haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Turizm haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması və bir sıra qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilir.