Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı açıqlanıb

Cari ilin yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,7 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 543,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 37 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Əvvəlki məqalə

Ərdoğan Putinə zəng edib

Sonrakı məqalə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib