Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

“Azəriqaz”dan verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində “Qaz İxrac” İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.