Pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Layihəni təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.

Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.

Əvvəlki məqalə

“Oğlumu vətənə göndərmək istəyirəm, bilet yoxdur, çıxılmaz durumdaylq” –

Sonrakı məqalə

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib