Pensiyalar hansı aydan artımla veriləcək?

Pensiya
Pensiya

Bu il bütün növ pensiyalar artırılacaq.

Artımlar inflyasiya göstəriciləri nəzərə alınmaqla həyata keçiriləcək və təqribən 9,2 faiz olacağı gözlənilir.

Bəs, təqüdçülər nə vaxtdan pensiyalarını artımla ala biləcəklər?

Millət vəkili Müşfiq Cəfərovun sözlərinə görə, dəqiq vaxt Statistika Komitəsinin rəqəmlərindən sonra bəlli olacaq.

Sosial sahədəki bütün növ artımlar inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir.

İqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hər ilin yanvar ayından əmək pensiyaları indeksasiya olunaraq artırılır.

O da qeyd edilib ki, artımlar məlum olduqdan sonra yanvar ayının artımı da fevral ayının əmək pensiyaları ilə birgə vətəndaşlara ödəniləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.