Pensiyaların minimum məbləği bu gündən 240 manata qədər artırılır

01 Yanvar 2022 - 10:48

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik bu gündən qüvvəyə minib.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.