Pentaqon Çin üzrə yeni işçi qrup yaradıb

11 Fevral 2021 - 09:20

Pentaqonda Çinə dair yeni işçi qrup yaradılıb.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

Pentaqonu ziyarət edən Baydenin sözlərinə görə, ÇXR-lə münasibətdə “ümumhökumət yanaşması”nı inkişaf etdirəcək qrup haqqında ona məlumat verilib.

İşçi qrupun qarşıdakı aylarda ÇXR-lə bağlı məsələlərdə əsas prioritetlər barədə tövsiyələr verməsi gözlənilir.

“Çindən artan çağırışlara cavab verməliyik”, – Bayden belə deyib.