Perunun dünən devrilən prezidenti üsyan təşkilində ittham olunur

Perunun devrilmiş eks-prezidenti Pedro Kastilyo üsyan təşkil etməkdə ittiham olunur.

Bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kastilyo hazırda polis tərəfindən saxlanılır və bir sıra cinayətlərdə ittiham olunaraq 10 sutka müddətinə istintaq təcridxanasına yerləşdirilib. Bunlardan ən ciddisi üsyan təşkil etmək cəhddir.

Peru Cinayət Məcəlləsinə görə, buna görə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir. Bundan başqa, keçmiş dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi pozmaqda da ittiham olunur.

Əvvəlki məqalə

Dünya çempionatını izləmək üçün Qətərə nə qədər azarkeş gəlib? –

Sonrakı məqalə

Braziliya dünya çempionatının favoritidir –