Dünya çempionatını izləmək üçün Qətərə nə qədər azarkeş gəlib? –AÇIQLAMA

Dünya çempionatının ilk 17 günündə Qətərə 765 mindən çox ziyarətçi gəlib. Onların da yarıdan çoxu artıq ölkəni tərk edib.

Bu barədə “Reuters” turnirin təşkilatçılarının hesabatına istinadən məlumat yayıb.

Hesabatda, həmçinin dünya çempionatının oyunları üçün satılan 3,09 milyon bilet göstərilir. Turnirin 52 oyununun yekununda ümumi tamaşaçı sayı 2,65 milyon nəfər olub.

Qeyd edək ki, bu günədək mundialda 56 oyun keçirilib. Dekabrın 9-da turnirin ilk 1/4 final görüşləri baş tutacaq – hollandlar argentinalılara, xorvatlar isə braziliyalılara qarşı oynayacaq. Dekabrın 10-da İngiltərə – Fransa və Mərakeş- Portuqaliya komandalarının 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.