“Peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsi zəruridir”- Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclasında dünya dövlətləri ilə həm ikitərəfli formatlarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görülmüş aktiv işlərin, ölkəmiz tərəfindən irəlilədilən beynəlxalq və regional təşəbbüslər və platformaların əhəmiyyət daşıdığını vurğulayıb.

Nazirlikdən verilən xəbərə görə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin daha da canlandırılmasının əhəmiyyəti qeyd olunub.

Nazir bu vəzifələrin icrası məqsədilə peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsinin zəruri olduğunu bildirib. 2022-ci il ərzində müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın namizədliklərinin müvafiq vəzifələrə seçilməsi üzrə uğurlu kampaniyalar barədə məlumat verilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Əvvəlki məqalə

“Rusiya uduzur və bizim qələbəmiz dünyanı dəyişəcək”

Sonrakı məqalə

İran və Ermənistan Laçınla Qubadlıya hucum hazırlayır –