Polis Ağcabədidə əməliyyat keçirib, 20 narkotacir saxlanılıb

Polis Ağcabədidə əməliyyatlar keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb. Ondan 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.

Həmin şəxslərdən biri – Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

İran prezidentinin və digərlərinin cənazələri Təbrizə aparılır

Sonrakı məqalə

Bu gündən Cavanşir körpüsü bağlanır –