Polis Aşura ilə bağlı gücləndirilmiş rejimə keçdi –"Küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək"

Bakı Şəhər Baş Polis İdarəsi Aşura mərasimləri ilə əlaqədar məlumat yayıb.

Azpost.info İdarənin mətbuat xidmətinə istinadən bildirir ki, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britiş Petrolium Bakıda yeni neft layihəsini müzakirə etmək üçün vətəndaşları görüşə çağırıb  

Sonrakı məqalə

Ölkədə keyfiyyətli qidalanmada  hansı problemlər var? –