Polis itkin düşən 11 nəfəri tapıb

Ailə üzvlərini, yaxınlarını məlumatlandırmadan itkin düşən 11 nəfər respublikamızın müxtəlif bölgələrində iyunun 4-də polis tərəfindən tapılıb.

Bu barədə DİN mətbuat xidməti məlumat verib.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 6-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 56 yaşlı kişi, mayın 15-də Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 26 yaşlı qadın, mayın 27-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, mayın 28-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində 2 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 29-da Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, mayın 31-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı qadın, iyunun 3-də Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın, iyunun 4-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 4-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Əvvəlki məqalə

İrandan Azərbaycana qanunsuz 17 ton yük gətirən avtomobil saxlanıldı

Sonrakı məqalə

Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz yekunlaşıb