Polis itkin düşən 6 nəfəri tapıb

itkin
itkin

Polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 16-dan Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 41 yaşlı qadın, mayın 16-dan Ağsu rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 22-dən Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan tapılıb.

Həmçinin iyunun 1-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, iyunun 6-da Gəncə şəhəri ərazisində azyaşlı qızı ilə birgə itkin düşmüş kimi axtarışda olan qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.