Polşa Rusiya ilə sərhədi möhkəmləndirmək üçün 2,5 milyard dollar xərcləyəcək

Polşa hakimiyyəti ölkənin şərq sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün layihələrə 2,5 milyard dollar xərcləyəcək.

Azpost.info xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“Təhlükəsizliyimizə sərmayə qoymağa qərar verdik. İlk növbədə şərqdə təhlükəsiz sərhəd qurmaq üçün möhtəşəm layihəyə başlayırıq”, – Tusk bildirib.

Onun sözlərinə görə, söhbət Rusiya və Belarusla sərhədin 400 kilometrlik hissəsində istehkamların tikintisi, eləcə də mövcud təhlükəsizlik elementlərinin modernləşdirilməsindən gedir. Tusk bildirib ki, Polşanın şərq sərhədinin hərtərəfli möhkəmləndirilməsi üzrə milli plan “Şərq qalxanı” adlanacaq.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub

Sonrakı məqalə

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib