Polşa Rusiya kömürünə embarqo qoydu

Polşa prezidenti Anjey Duda Rusiyadan kömürə embarqo tətbiq edən, həmçinin Moskvanın Ukraynaya müdaxiləsini dəstəkləyənlərin aktivlərinin dondurulmasını nəzərdə tutan qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə Polşa liderinin mətbuat xidməti məlumat yayıb. Sənəd Polşaya Rusiyadan və Belarusdan kömür idxalını, onun ərazisi ilə tranzitini qadağan edir. Qanun həmçinin, vəsaitlərin və ya iqtisadi resursların dondurulması, Avropa İttifaqı qaydalarının müddəaları ilə tələb olunan məlumatı gecikdirmədən təqdim etmək öhdəliyinə əməl etməyən şəxslərə və ya qurumlara qarşı sanksiyaları nəzərdə tutur. Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda əhalinin sayı açıqlanıb

Sonrakı məqalə

Rusiya-Ukrayna savaşı 143 ölkənin iqtisadiyyatına təsir edir” –