Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı Baş Konsulluğunu bağlayır. Konsulluğun əməkdaşları yaxın günlərdə ölkədən çıxarılacaq.
Azpost.info xəbər verir ki, bu barədə Polşa XİN başçısı Radoslav Sikorski məlumat verib.
“Rusiyanın Poznandakı konsulluğunun fəaliyyətinə icazəni ləğv etmək qərarına gəldim. Konsulluğun əməkdaşlarının Polşa ərazisində olması arzuolunmaz sayılacaq”, – nazir deyib.
Azpost.info