Polşa Ukraynaya hücuma görə qırıcı təyyarələrini havaya qaldırdı

Rusiya ordusunun Ukraynaya kütləvi raket hücumu fonunda Polşa qırıcı təyyarələrini havaya qaldırıb.

Azpost.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.

“Rusların son aqressiv fəaliyyəti ilə əlaqədar Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb”, – məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, Polşanın cənub-şərq hissəsində hərbi təyyarələrin işləməsi səbəbindən səs-küy səviyyəsi yüksələ bilər.

Sonuncu dəfə Polşa döyüş təyyarələrini iyunun 22-nə keçən gecə Rusiya Ukraynaya, o cümlədən Polşa ilə həmsərhəd ərazilərə kütləvi raket hücumu həyata keçirəndə havaya qaldırmışdı.

Azpost.info

Əvvəlki məqalə

“Sabah”–“Makkabi” matçının başlama saatı açıqlanıb –

Sonrakı məqalə

Müsavat Partiyası bu şəxslərin deputatlığa namizədliyini irəli sürüb