Polşada Rusiyanın sifarişi ilə təxribat törədən 9 nəfər həbs edilib

Polşada Rusiyanın sifarişi ilə təxribat və diversiya törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.

Bunu Polşanın Baş naziri Donald Tusk “TVN24” telekanalının efirində bildirib.

Baş nazir qeyd edib ki, söhbət boya fabrikinin yandırılması cəhdindən, Litvada təxribatdan və “IKEA” anbarının yandırılmasından gedir.

“Hazırda biz Rusiya xüsusi xidmətlərinin tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan doqquz şübhəlini həbs etmişik. Bu, döyülmə, yandırma və yandırmağa cəhdə halları ilə bağlıdır”, – Tusk vurğulayıb.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.