Polşanın ən varlı iş adamlarından biri ölü tapılıb

Polşalı milyonçu Yeji Krjanovski ölü tapılıb.

Azpost.info xəbər verir ki, mətbuatın yazdığına görə, Krjanovski Polşanın ən zəngin adamlarından olub.

54 yaşlı iş adamı iyunun 6-da səhər gəzintiyə çıxdıqdan sonra yoxa çıxıb. Yaxınları bir neçə saat sonra təcili yardıma xəbər verib. Tezliklə sahibkarın telefonunu, daha sonra isə cəsədi tapılıb.

Prokurorluğun qərarı ilə meyit yarılma üçün təhvil verilib.

Polisin fikrincə, Krjanovski infarktdan ölə bilər. Bununla belə, digər versiyalar da istisna edilmir.

2021-ci ildə Krzanovski qardaşları “Forbes”in Polşanın 100 ən zəngin adamı siyahısında 57-ci yerdə qərarlaşıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.