Polşanın Rusiya səfirini ölkədən çıxarmaq qərarına MoskvadanREAKSİYA

“Polşanın Varşavada sovet əsgərlərinin abidəsi önünə gül dəstələri qoyarkən aqressiv izdihamın hücumuna məruz qalan Rusiya səfiri Sergey Andreyevi ölkədən çıxarmaq qərarı Qərbdə anlayışların əvəzlənməsinin bir daha sübutudur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Varşavanın Almaniyadan İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə təzminat ödəməsini tələb etmək niyyətində olmadığını deyən Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin sözlərinə işarə edib.

“Polşa Almaniyadan İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb etmək niyyətində deyil. Bunu Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski deyib. Və əlavə edib ki, Varşava Rusiya səfirini ölkədən çıxarmağı düşünür. Polşada sovet əsgərlərinin abidəsi önünə gül dəstələri qoyarkən yerlilərin hücumuna məruz qalan və qırmızı boya ilə boyanmış həmin Sergey Andreyev…”, – Zaxarova deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.