“Vəziyyət qeyri-müəyyəndir, MDB-də risklər öyrənilməlidir!”- Putindən Təhlükəsizlik Şuralarına ÇAĞIRIŞ

“Mürəkkəb və qeyri-sabit beynəlxalq şəraitdə MDB ölkələrinin təhlükəsizlik şuraları üçün potensial riskləri müəyyən etmək, strateji planlaşdırma sənədlərini hazırlamaq və yeniləmək üçün bütün mövcud resurslardan istifadə etmək vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin onuncu illik iclasının iştirakçılarına ünvanladığı məktubda bildirib .

Putin qeyd edib ki, mürəkkəb və qeyri-sabit beynəlxalq vəziyyətlə əlaqədar MDB məkanında vəziyyət hərtərəfli təhlil edilməli, potensial çağırışlar və risklər müəyyən olunmalıdır. Bunun üçün də strukturların güclü analitik və proqnozlaşdırıcı resurslarından tam istifadə etmək vacibdir.

“Bu əsasda strateji planlaşdırma sənədləri hazırlanmalı və yenilənməlidir. Bu sənədlər ilk növbədə informasiya və bioloji təhlükəsizlik, terrorla mübarizə, o cümlədən ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizəyə aiddir”, – Putin əlavə edib.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənistan sentyabr döyüşlərində itirdiyi hərbçilərin ilk siyahısnı açıqlayıb

Sonrakı məqalə

“Taxıl dəhlizinin fəaliyyəti tam normallaşdırılıb”