Praqada bütün bələdiyyə sədrləri karantinə götürüldü

Praqa merinin müavini Peter Qlubuçek yeni növ koronavirusa yoluxub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, pandemiya zamanı Çexiyada tətbiq olunan qaydalara uyğun olaraq, son günlərdə merin müavini ilə sıx əlaqədə olan paytaxtın bütün bələdiyyə rəhbərliyi iki həftəlik ev karantininə yerləşdirilməlidir.

P.Qlubuçek bildirib ki, iyunun 15-i onun hərarəti qalxıb, bu səbəblə o, iyunun 16-sı işə çıxmayıb və koronavirus testindən keçib: “Axşam mən koronavirus testimin müsbət olduğunu öyrəndim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Azərbaycana təşəkkür etdi

Sonrakı məqalə

Pandemiyaya görə təzə balığa qlobal tələbat azalıb, konservlərə artıb