Premyer Liqa:"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəlib

Misli Premyer Liqasında “Araz-Naxçıvan” klubu “Turan Tovuz”a qalib gəlib.

XV turun açılış oyunu “Liv Bona Dea Arena”da gerçəkləşib.

Qarşılaşma meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos qərb təmsilçisinin qapısından keçirib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 36-ya çatdıraraq liderliyə yüksəlib. “Turan Tovuz” isə 27 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ikinci qarşılaşması bu gün “Sabah” və “Səbail” komandaları arasında baş tutacaq. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.