Premyer Liqa tarixinin ən yaxşı 20 futbolçusunun adı açıqlanıb –SİYAHI

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı futbolçuları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “FourFourTwo” jurnalı ən yaxşıları sıralayıb.

Portalın qiymətləndirməsinə əsasən, “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri Premyer Liqa tarixinin ən yaxşısı seçilib. İkinci pillədə vaxtilə “Mançester Yunayted”in formasını geyinmiş, hazırda “Yuventus”un şərəfini qoruyan Kriştianu Ronaldo qərarlaşıb. İlk “üçlüy”ü “Nyukasl”ın əfsanəvi hücumçusu Alan Şirer qapayıb.

Premyer Liqa tarixinin ən yaxşı 20 futbolçusu:
1. Tyerri Anri (“Arsenal”)
2. Kriştianu Ronaldo (“Mançester Yunayted”)
3. Alan Şirer (“Nyukasl”)
4. Ueyn Runi (“Everton”, “Mançester Yunayted”)
5. Erik Kantona (“Lids”, “Mançester Yunayted”)
6. Frenk Lempard (“Vest Hem”, “Çelsi”, “Mançester Siti”)
7. Pol Skoulz (“Mançester Yunayted”)
8. Stiven Cerrard (“Liverpul”)
9. Roy Kin (“Nottingem Forest”, “Mançester Yunayted”)
10. Patrik Vieyra (“Arsenal”, “Mançester Siti”)
11. Rayan Giqqz (“Mançester Yunayted”)
12. Con Terri (“Çelsi”, “Aston Villa”)
13. Rio Ferdinand (“Vest Hem”, “Lids”, “Mançester Yunayted”, “Kuinz Park Reyncers”)
14. Eşli Koul (“Arsenal”, “Çelsi”)
15. Serxio Aquero (“Mançester Siti”)
16. Məhəmməd Salah (“Çelsi”, “Liverpul”)
17. Petr Çex (“Çelsi”, “Arsenal”)
18. Dennis Berqkamp (“Arsenal”)
19. Vensan Kompani (“Mançester Siti”)
20. Peter Şmeyxel (“Mançester Yunayted”, “Aston Villa”, “Mançester Siti”).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni seçilmiş Milli Məclisin ilk iclası martın 12-dək keçiriləcək

Sonrakı məqalə

Maşın 3 hissəyə ayrıldı, ölənlər və yaralananlar var-