Prezident Administrasiyasında 3 vəzifə boşdur –Ora kimlər təyin olunacaq?

Akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad ediləndən sonra onun yerinə kimin təyin olunacağı medianın gündəmində müzakirə olunmaqdadır.

İndi diqqətlər Prezident Administrasiyasına yönəlib. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olacaq, yoxsa həmin vəzifə bəzi kluarlarda söylənildiyi kimi, ləğv olunacaq? İstənilən halda bu məsələ ölkə başçısının səlahiyyətlərinə aid olduğundan bütün sualların dəqiq cavabı da Prezidentdən asılıdır.

Yeri gəlmişkən, Ramiz Mehdiyevin yola salınmasından sonra Prezident Administrasiyasında vakant vəzifələrin sayı 3-ə çatıb.

Modern.az-ın məlumatına görə, Əli Əsədovun Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri  vəzifəsindən azad edilib, Baş Nazir postuna aparılmasıyla (8 oktyabr 2019 tarixdə) həmin kürsü də boşalıb.

Daha əvvəl isə Administrasiyanın İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin rəhbərliyində vakansiya yaranmışdı. Həmin şöbənin müdiri Rövşən Nəcəf (2018-ci ilin mayında təyin edilmişdi-red.) bu ilin mayında Vergilər Nazirliyinin yeni yaradılmış Maliyyə Monitorinq Xidmətinin direktoru vəzifəsinə aparılmışdı.

Beləliklə, Prezident Administrasiyasında üç yüksək vəzifəyə təyinat gözlənilir.

Bununla yanaşı, ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çili Prezidenti bütün nazirləri istefaya göndərdi –

Sonrakı məqalə

İCRA HAKİMİYYƏTİNƏ QURBAN GEDƏN BƏLƏDİYYƏLƏR –