Prezident “Azərxalça”nın Goranboy filialının fəaliyyəti ilə tanış olub

- FOTO
03 Mart 2020 - 17:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.

“Report” xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verib.