Prezident hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edib –

SƏRƏNCAM
24 İyun 2021 - 11:33

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi
qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Təltif olunanların siyahısı