Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib

07 Oktyabr 2021 - 15:16

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alviyə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”