“Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi” –QMİ sədri

“Bir çox xalq arzu edir ki, İlham Əliyev kimi rəhbəri olsun”.

Bunu bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş vəhdət namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri deyib ki, erməni xalqı da yəqin ki, bu barədə fikirləşir: “Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada özünü qalib xalq hiss edir. Mən də bu gün qalibəm. Bu qalibiyyəti mənə Ali Baş Komandan, müzəffər Ordumuz, şəhidlərimiz bəxş edib. Buna görə Ali Baş Komandana, Ordumuza təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyir, ehtiramımı bildirirəm”.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Prezident Kəbədə olarkən ona Quran hədiyyə olunub: “Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam məscidinə getmişdilər. Onlar Kəbədə hədiyyə edilən həmin Quranla Ağdam məscidinə getdilər. Ayaqyalın məsciddə dua oxudular, Mehriban Əliyeva mehrabı öpdü və Quranı məscidə bağışladılar. Bu, dünyada da böyük diqqətlə qarşılandı. Mənə dünyanın müxtəlif yerlərindən zəng vurub, bu ehtiramı yüksək qiymətləndirdiklərini bildirirdilər. Prezident İlham Əliyev atası Heydər Əliyevin böyük vəsiyyətini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu. Bu, bir daha göstərir ki, biz dövlət başçımızın rəhbərliyi altında birləşəndə hər zaman böyük qələbələrimiz olacaq. Bu gün xalqımız dövlət başçısının ətrafında sıx birləşib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Katolik Kilsəsində Şəhidlərin anım mərasimi keçirilib

Sonrakı məqalə

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir” –