Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib –YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirilib, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Qeyd edilib ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyasi partiyalara ayrılan pul 1 milyon manat artırıldı

Sonrakı məqalə

“Koronavirus hələ bitməyib, sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik” –