Prezident İlham Əliyev bu gün Füzuli rayonuna səfər edib.
Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.
Paylaşımda deyilir: “Anım Günü. Füzuli rayonu. 27.09.2022”
**
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


