Prezident İlham Əliyev icra başçısına orden verdi –SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Q. Ç. Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qoca Səmədov Yevlax rayonu icra hakimiyyətinin başçısıdır. Sabah onun 60 yaşı tamam olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Binə Ticarət Mərkəzi sökülür? –

Sonrakı məqalə

Ərəb Liqası Türkiyəni Suriyada əməliyyatı dayandırmağa çağırdı