Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində iştirak edir

MDB dövlət başçılarının video-konfrans formatında sammiti başlanıb.

Özbəkistanın sədrliyi ilə keçirilən sammitdə MDB çərçivəsində siyasət, ticarət-iqtisadi, sosial və mədəniyyət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunması planlaşdırılır. Bundan başqa, sammitdə koronavirus infeksiyasının yayılması ilə mübarizədə əməkdaşlıq, aktual beynəlxalq və regional problemlər barədə fikir mübadiləsi aparılacaq.

İclasının yekunu olaraq MDB-nin aktuallaşdırılmış gələcək inkişaf konsepsiyası təsdiqlənəcək, BMT-nin yaradılmasının 75 illiyi və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı birgə bəyanat qəbul olunacaq.

Qeyd edək ki, video-konfrans formatında keçirilən MDB liderləri sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bir gündə yardım üçün 10 min zəng olunur” –

Sonrakı məqalə

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya gələn ilin əvvəlindən başlanması planlaşdırılır” –